Səməd Seyidov AŞPA-nın iclasına sədrlik edib
02:41 24 Yanvar 2018
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın bu təşkilatda daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının plenar iclasına sədrlik edib.
Səməd Seyidovun sədrlik etdiyi iclasda AŞPA-nın sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin məruzəsi dinlənilib. İtaliyalı deputat Nunsiya Katalfonun hazırladığı “Vətəndaşların əsas gəliri, özünü müdafiə ideyası” adlı məruzə müzakirə edilib.
Məruzədə Avropa ölkələrində yoxsulluğun və bərabərsizliyin artdığı, insanlara ləyaqətli həyat şəraitinin təmin edilməsinin çətinləşdiyi bildirilib. Eyni zamanda, müasir rəqəmsal texnologiyanın inkişafı ilə bir çox iş yerlərinin bağlanması, işsizliyin artması diqqətə çatdırılıb. Məruzədə üzv ölkələrə ünvanlanan bir sıra təkliflər irəli sürülüb. (AzərTAc)
Femida.az
Oxunub: 837
Oxşar xəbərlər
- Sahibə Qafarova AŞPA-nın məruzəçisi ilə görüşüb
- Azərbaycan XİN başçısının müavini AŞPA məruzəçisi ilə görüşüb
- AŞPA məruzəçisi Azərbycana gəlir
- AŞPA qadınlarla bağlı qətnamə qəbul edib
- AŞPA məruzəçisi Azərbaycanın humanitar addımını alqışlayıb
- AŞPA Navalnının azadlığa buraxılmasına dair qətnamə qəbul edib
- Bu gün AŞPA-nın yaz sessiyası başlayır
- Azərbaycan deputatları AŞPA-ya gedir
- Mövlud Çavuşoğlu AŞPA Prezidenti ilə görüşüb
- Məhkəmə Qasparyanın iddiasını geri qaytardı