Aylan Kurdinin atası insan qaçaqçısı imiş


20:20     12 Sentyabr 2015 1442047803.jpg

Bodrum sahilinə çıxan cansız bədəni ilə miqrant probleminin dünya gündəminə gəlməsində böyük rol oynayan 3 yaşlı Aylanın atası Abdulla Kurdi insan qaçaqçısı imiş.


Femida.az xəbər verir ki, bu iddia Aylan Kurdinin də həlak olduğu bədbəxt hadisədə həyat yoldaşı və iki uşağını itirən Zeynəb Abbas adlı bir ana tərəfindən səsləndirilib.

İraqdan Avstraliya televiziyasına tərcüməçisi vasitəsi ilə açıqlama verən Z. Abbas batan gəmini Abdulla Kurdinin sürdüyünü iddia edib. Z.Abbas A.Kurdinin batmazdan əvvəl gəminin sürətini artırdığını, həyat yoldaşının xəbərdarlığına baxmayaraq, sürəti azaltmadığını bildirib. Z.Abbasın başqa bir iddiası da Kurdi ilə əvvəlcə bir kafedə görüşüb ona özünü və ailəsini Avropaya aparması üçün 10 min dollar ödəməsidir. Avstraliya mətbuatına görə, Z.Abbas Avstraliyadan sığınacaq istəyir.

Amerikan “Uol strit” jurnalına açıqlama verən A.Kurdi isə bu iddiaları rədd edib. O, gəminin türk kapitanının mühərrikin dayanmasından az əvvəl özünü dənizə atdığını söyləyib:

“Ailəmi, həyatımı itirdim. Hər şeyimi itirdim. Qoy, nə deyirlər desinlər”.

Xatırladaq ki, bir müddət əvvəl Suriyadan Avropaya qaçmaq istəyən Kurdi ailəsi və bir neçə başqa suriyalının mindiyi gəminin mühərrikində problem yarandığı üçün dənizdə batıb. Həmin qəzada A.Kurdi həyat yoldaşını və iki övladını itirib. 3 yaşlı A.Kurdinin dəniz sahilinə çıxan meyitinin fotosu sürətlə bütün dünyaya yayılaraq suriyalı mühacirlərin simvoluna çevrilib.

Açar sözlər:

Oxunub: 845