Türkiyə ordusu Afrində 260 terrorçunu məhv edib


13:34     24 Yanvar 2018 turkiye%20femida%20ordu.jpg

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi hərbi əməliyyatlar uğurla davam edir.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Afrində dörd gün ərzində azı 260 terrorçu məhv edilib.

“Zeytun budağı” əməliyyatı zamanı Türkiyə ordusunun 3 hərbçisi şəhid olub. Əməliyyatlar bu gün də davam edir.

Türkiyə rəsmilərinin bildirdiyinə görə, “Zeytun budağı” əməliyyatı terrorçular tam məhv edildikdən sonra başa çatacaq.

Femida.az

Açar sözlər: #Afrin   #Türkiyə   #Ordu   #Ərdoğan   #Suriya  

Oxunub: 778