Anomal soyuqlar olacaq


13:49     24 Yanvar 2018 saxtaruiya.jpg

Qırğızıstanda havanın kəskin soyuması ilə bağlı xəbərdarlıq edilib.


Femida.az xəbər verir ki, Qırğızıstanda 26 yanvarda havanın temperaturunun kəskin düşəcəyi ilə bağlı xəbərdarlıq edilib. Məlumatda bildirilib ki, anomal soyuq hava nəqliyyat vasitələrinin hərəkətində, kommunal xidmətlərin fasiləsiz verilməsində problemlər yaradacaq.

Ölkənin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, respublikanın bəzi dağlıq bölgələrində yanvarın 26-dan 29-na keçən gecə temperaturun gecə mənfi 40-45 dərəcə, gündüz mənfi 28-33 dərəcə şaxta olacağı gözlənilir.

Respublikanın paytaxtında 25-30 dərəcə şaxta olacağı gözlənilir.

Femida.az

Açar sözlər: Soyuq   Qazaxıstan   Şaxta  

Oxunub: 3150