Azərbaycanda tanınmış jurnalist öldü - Polis araşdırır


14:35     24 Yanvar 2018 18_01_24_1516775964.jpg


"Zerkalo” qəzetinin əməkdaşı, tanınmış jurnalist Nicat Məlikovun ölümü ilə bağlı ilkin rəsmi məlumat verilib.


Femida.az xəbər verir ki, bu barədə Səbail RPİ-dən məlumat daxil olub. Hadisə yanvarın 23-də saat 17:50 radələrində baş verib. Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Məlikov Nicat Səməd oğlu Bayıl yaşayış sahəsi, Elşən İsmayılov küçəsi 104-ün qarşısında yıxılaraq ayağı və başı səki kənara dəyib. N.Məlikov aldığı xəsarətdən hadisə yerindəcə vəfat edib.

Qeyd edək ki, ilk olaraq N.Məlikovun ürəktutmasından vəfat etdiyi haqda məlumat yayılıb. Ölümün dəqiq səbəbi ekspertiza nəticəsində bəlli olacaq.

Femida.az

Açar sözlər: #jurnalist   #ölüm   #polis   #Səbail   #femida.az  

Oxunub: 1257