Naxçıvan Ordusunun MDB-də analoqu yoxdur - General
14:38 24 Yanvar 2018
"Bu gün Silahlı Qüvvələrimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında dünyanın qabaqcıl, regionumuzun isə lider orduları səviyyəsinə yüksəlib"
Femida.az xəbər verir ki, bunu Naxçıvan qarnizonu qoşunlarında 2017-ci tədris ilində döyüş hazırlığının, döyüş və döyüşə hazırolmanın, nizam-intizamın vəziyyətinə dair müşavirədə çıxışı zamanı Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev deyib.
Qarnizon rəisi bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yüksək diqqət və qayğısı sayəsində uzun illər müxtəlif mərhələlərdən keçərək formalaşmış Əlahiddə Ümumqoşun Ordu bu gün yerləşdiyi coğrafi mövqeyə, kontingentinə və döyüş qabiliyyətinə görə keçmiş SSRİ və indiki MDB ölkələrinin silahlı qüvvələri səviyyəsində analoqu olmayan statusa malikdir.
General-leytenant qeyd edib ki, 2017-ci ildə motoatıcı, tank, artilleriya, xüsusi təyinatlı bölmələrin əsas fənlər üzrə döyüş hazırlığında saxlanılması və öyrədilməsi tapşırıqları uğurla yerinə yetirilib, bölmələrin döyüş potensialı və hərbi qulluqçuların praktiki vərdişləri təkmilləşdirilib.
"Əsas güc praktiki məşğələlərin sayının artırılmasına və hərbi kollektivlərin uzlaşmış fəaliyyətinin təkmilləşdirilməsinə yönəldilərək döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə praktik təlim və məşğələlər keçirilib. Naxçıvan qarnizonu qoşunları bütün bu tədbirlərdə qarşısında duran tapşırıqların öhdəsindən layiqincə gəlib. Hesabat ilində Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti üzərlərinə düşən vəzifələri uğurla icra edib, 2017-ci ilin hazırlıq planında göstərilmiştədbirlər tam yerinə yetirilib və Silahlı Qüvvələrdə döyüş hazırlığı, intizamın nəticələrinə görə Əlahiddə Ümumqoşun Ordu birinci yeri tutub".
K.Mustafayev vurğulayıb ki, 2018-ci tədris ilində də Naxçıvan qarnizonunun qoşunları qarşılarında duran bütün tapşırıqları layiqincə yerinə yetirərək döyüş qabiliyyətini yüksəldəcək, Naxçıvan Muxtar Respublikasının müdafiə və mühafizəsini daha da təkmilləşdirib, onun təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı bir təhdidin qarşısını qətiyyətlə alacaqdır.
Femida.az
Oxunub: 1199
Oxşar xəbərlər
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Ordumuzun mövqeləri atəşə tutulub
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ordumuzun mövqeləri atəşə tutulub
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Şəhid anaları Ordumuz üçün dua etdi – VİDEO
- Ermənistan ordusunun itkiləri 150-200 nəfərdir