Liviyada terror aktı törədilib - 31 ölü, 71 yaralı


14:44     24 Yanvar 2018 2018/01/liviya_1516776313.jpg

Liviyanın Benqazi şəhərində terror aktı törədilib.


Bomba yerləşdirilmiş iki maşın Benqazinin ən böyük məscidi yaxınlığında, insanlar ibadətdən çıxan zaman partladılıb. Terror aktı nəticəsində 33 nəfər ölüb, 71 nəfər yaralanıb.

Məlumata görə, terror zamanı Liviya ordusu komandanlığının istintaq şöbəsinin rəhbəri Əhməd əl-Feytarin həlak olub.

Femida.az

Açar sözlər: Liviya   Benqazi   Terror  

Oxunub: 654