Daha bir azərbaycanlı jurnalist öldü - Şəhid qızı idi


15:06     24 Yanvar 2018 2018/01/27294664_547334285629579_1101493550_n_1516777685.jpg

Azərbaycanlı jurnalist Ülviyyə Şamilqızını (Məmmədova) Rusiyanın Həştərxan şəhərində avtomobil vuraraq öldürüb.


Femida.az xəbər verir ki, yaxınlarının “Report”a verdiyi məlumata görə, mərhumun meyiti hazırda tibbi-ekspertiza məntəqəsindədir. Ü.Şamilqızının cənazəsi doğulduğu Gəncə şəhərinə aparılaraq orada dəfn olunacaq.

Qeyd edək ki, uzun müddət Azərbaycan mətbuatında fəaliyyət göstərmiş Ülviyyə Şamilqızı bir sıra KİV-lərdə, o cümlədən “Xalq Cəbhəsi” qəzetində, “Report” İnformasiya Agentliyində çalışıb. O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı.

Qeyd edək ki, Ülviyyə xanım şəhid qızı idi. Onun atası Şamil Məmmədov Dağlıq Qarabağ müharibəsində hərbçi kimi işitrak edib, itkin düşüb.

Allah rəhmət eləsin!

Femida.az

Açar sözlər: Jurnalist   Ölüm   Qəza  

Oxunub: 2090