MSK 3 nəfərin qeydiyyatını ləğv etdi
21:07 12 Sentyabr 2015
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Femida.az-ın məlumatına görə, əvvəlcə MSK-nın 8 sentyabr iclasının protokolu təsdiq edilib.
İclasda bu ilin noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolların hazırlanması qaydası müzakirəyə çıxarılıb. Layihə ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib. Sənəd layihəsi səsverməyə çıxarılaraq təsdiq edilib.
Sonra Milli Məclisə keçiriləcək seçkilərdə iştirak edəcək siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirə edilib.
İclasda həmçinin Azərbaycan Demokratik İslahatlar Partiyasından (ADİP) 6 səlahiyyətli nümayəndə qeydə alınıb, partiyanın səlahiyyətli nümayəndəsi kimi qeydə alınmış Ülkər Abdullayevanın qeydiyyatı isə ləğv edilib.
Bundan başqa, “Azadlıq-2015” seçki blokundan 11 səlahiyyətli nümayəndə qeydə alınıb. Blokun səlahiyyətli nümayəndəsi Cəmaləddin Ağayevin qeydiyyatı isə ləğv olunub.
Azərbaycan Demokrat Partiyasından isə Nizam Qənbərlinin qeydiyyatı ləğv edilib.
Elan edilib ki, səlahiyyətli nümayəndələrin qeydiyyatı öz xahişləri ilə ləğv olunub.
Sonda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
Oxunub: 784
Oxşar xəbərlər
- MSK-nın iclası keçirilib
- MSK sabah referenduma yekun vuracaq
- MSK: `Seçici fəallığı 69,7 faiz olub`
- MSK sədri də səs verdi
- MSK və DİN zona müşavirəsi keçirdi
- MSK YAP-ın təşviqat qrupunu qeydə aldı
- MSK-da referendumla bağlı ekspert qrup yaradılıb
- MSK Ağdaşdakı seçkilərə yekun vurdu
- MSK sədri AŞPA nümayəndələri ilə görüşdü
- MSK İlqar Məmmədovun şikayətini təmin etmədi