Hindistanda partlayış: 30 ölü, 80 yaralı


21:39     12 Sentyabr 2015 hindistanda-restoranda-patlama-44-olu-1222857-664x354.jpg

Hindistanın mərkəzində, Dhabua şəhərində yerləşən restoranda qaz balonu partlayıb.


Femida.az “İtar-Tass”-a istinadən xəbər verir ki, hadisə nəticəsində 30 nəfər ölüb, 80 nəfər yaralanıb.

Partlayış səhər saatlarında baş verib. Hakimiyyət orqanları hadisə qurbanlarının sayının çox olmasını partlayışın səhər saatlarında baş verməsi ilə əlaqələndirirlər.

Hazırda sakinlər ərazidən təxliyə olunur. Ölü və yaralı sayının artacağı ehtimal olunur.

Açar sözlər:

Oxunub: 826