Salyanda yanmış qadın meyiti tapılıb


21:00     24 Yanvar 2018 meyit222.jpg

Salyan rayonunun Xocalı kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.



FHN-dən Femida.az-a verilən məlumata görə, yanğın kəşfiyyatı zamanı 1947-ci il təvəllüdlü İsmayılova Ceyran Nəzər qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yaxınlıqdakı evlər yanğından mühafizə edilib.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Femida.az

Açar sözlər: Meyit   Qadın   FHN  

Oxunub: 756