Nikah müqaviləsi məcburi ola bilər


15:41     25 Yanvar 2018 nikah%20m.jpg

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva Ailə Məcəlləsinə dəyişiklik edilməsini və nikah müqaviləsinin məcburiləşdirilməsini təklif edib.


Femida.az-ın məlumatına görə, komitənin bu gün keçirilən iclasında deputat deyib ki, nikah müqaviləsi məcburi olarsa, boşanmaların sayı azalar:

“Azərbaycanda boşanmaların sayı çoxalıb. Bunun səbəbi məsuliyyətin olmamasıdır. Nikah müqaviləsi məcburiləşdirilməlidir. Burada könüllük olmamalıdır. Müqavilə olmadıqda boşanmaların sayı getdikcə artır. Belə olan halda uşaqları anaları saxlayır. Bəzən də uşağı tərəflərin heç biri saxlamır”- xanım deputat vurğulayıb.

Femida.az

Açar sözlər: Nikah   Ailə   Məcəllə  

Oxunub: 839