Türkiyə ordusu bu kəndi ələ keçirdi - PKK-nın bayrağı yandırıldı


16:10     25 Yanvar 2018 18_01_25_1516867823.jpg

Ötən gecə Kilis vilayətinə mərmilərin atıldığı ehtimal edilən Suriyanın Abudan kəndi ələ keçirilib.


Femida.az Haberler-ə istiandla xəbər verir ki, "Zeytun budağı" əməliyyatı çərçivəsində, TSK-nin dəstəyi ilə Afrinə irəliləyən Azad Suriya Ordusu əsgərləri Kilisin yaxınlığında yerləşən Abudan kəndini tutublar.

ASO əsgərləri kənddə YPG-nin qərargahına girib, onlara aid bayraqları yandırıblar. Onlar divardakı Abdullah Öcalan plakatını da yandırıblar.

Qeyd edək ki, ötən gün Suriyanın Afrin bölgəsindən Kilis şəhərinin raket atəşinə tutulması nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb.



Femida.az

Açar sözlər: #Suriya   #Afrin   #Türkiyə   #Şərq   #Kilis   #TSK  

Oxunub: 1631