Uşağına baxmaq üçün çağırmışdılar, seyfdən pul oğurlandı


16:33     25 Yanvar 2018 qadin%20ogurluq.jpg

Bakı şəhər sakini olan qadının evindən pul oğurlanması barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.


DİN-dən Femida.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla dekabrın 4-dən 21-dək olan müddətdə A.Rzayevanın mənzilindən seyfdə olan 680 manatın və noutbukun oğurlanması məlum olub.

Əməliyyat-axtarış tədbirləri ilə oğurluğun əvvəllər həmin evdə dayə kimi çalışan qadın tərəfindən edilməsi müəyyən edilib və görülmüş tədbirlərlə Siyəzən rayon sakini Lamiyə Əliyeva saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər: Qadın   Pul   Manat  

Oxunub: 917