Dünyada ilk: İki meymun klonlaşdırıldı - FOTO


16:44     25 Yanvar 2018 18_01_25_1516869959.jpg


Çinli molekulyar bioloqlar tarixdə ilk dəfə olaraq bir meymundan iki normal klon alıblar. Onlar Dolli adlı qoyunun klonlaşdırılması zamanı istifadə olunmuş metoddan yararlanıblar.


Femida.az Cell-ə istinadən bildirir ki, meymunların klonlaşdırılması metodikası elm üçün yeni imkanlar yaradır. Alimlər tam identik gen toplumu primatları yetişdirə biləcəklər. DNT-nin, sadəcə, bir sahəsi istisnadır ki, onu da alimlər dəyişiblər.

"Yeni metodika bir çox genetik xəstəliklərin mahiyyətini anlamaqla yanaşı, xərçəng və immun pozuntuları kimi ağır xəstəliklərlə yeni mübarizə metodlarını hazırlamağa təkan verəcək", - Çinin Şanxay şəhərindəki Neyrofiziologiya İnstitutunun nəzdindəki Primatların Tədqiqatı Mərkəzinin direktoru Szyan Sun deyib.

Çinli alimlər Yava makakası (Macaca fascicularis) cinsindən olan iki meymunu klonlaşdırıblar. Tam eyni DNT-yə malik olan Çjun Çjun və Hua Hua adlı meymunları 8 və 6 ay əvvəl surroqat ana meymunlar doğublar.



Femida.az

Açar sözlər: #meymun   #dünyada   #maraqlı   #klon  

Oxunub: 3996