Əlillərlə bağlı TƏKLİF


19:49     25 Yanvar 2018 elil.jpg

Azərbaycanda əlillərin Qeyri-Hökumət Təşkilatlarında (QHT) fəaliyyətinə məhdudiyyət qoyulmaması təklif edilir.


Femida.az xəbər verir ki, bu, yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında”qanun layihəsində əksini tapıb.

Qanunun 33-cü (siyasi və ictimai həyatda iştirak) maddəsinin 3-cü bəndinə əsasən, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, həmkarlar ittifaqlarının nizamnamələri həmin təşkilatların fəaliyyətində əlilliyi olan şəxslərin iştirakını məhdudlaşdırmamalıdır.

Qanun layihəsi parlamentin Milli Məclisin Sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Qeyd edək ki, bu məsələ hazırda tətbiq olunan qanunun 15 (Siyasi və ictimai həyatda müyəssərlik) maddəsi ilə tənzimlənir. Maddənin 4-cü bəndinə əsasən, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, həmkarlar ittifaqlarının nizamnamələri həmin qurumların fəaliyyətində əlillərin sərbəst iştirakına təminat verməlidir. Burada məhdudiyyətin qoyulmaması məsələsi əksini tapmayıb. Yeni hazırlanan qanun layihəsi isə bunu tənzimləyir.

Femida.az

Açar sözlər: Əlillər   Təklif  

Oxunub: 712