Fahişəlik edən 3 azərbaycanlı deportasiya edilib


20:59     25 Yanvar 2018 fahise1.jpg

Türkiyənin Kastamon şəhərində fahişəliklə məşğul olan üç azərbaycanlı qadın deportasiya edilib.


Femida.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ötən həftə polisin keçirdiyi əməliyyat zamanı fahişəliklə məşğul olan və qadınlara bu işdə vasitəçilik edən 6 nəfər saxlanılıb. Daha sonra həmin altı şəxs haqda məhkəmə həbs qərarı çıxarıb.

Əməliyyat zamanı saxlanılan azərbaycanlı Təranə A., Şəmşat P., və Dilnaz H. haqqında isə ölkədən çıxarılmaları ilə bağlı qərar qəbul edilib.

Femida.az

Açar sözlər: #Türkiyə   #Fahişəlik   #Deport   #Azərbaycan  

Oxunub: 1732