BTQ dəmiryolunda oğurluq


03:39     13 Sentyabr 2015 baki1.jpg

Bakı-Tiflis-Qars dəmir yolunun Marabda-Kartsaxi hissəsində oğurluq olub


Femida.az-ın məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, 1984-cü il təvəllüdlü N. Qoça, 1975-ci il təvəllüdlü A. Quram və 1986-cı il təvəllüdlü A. Cemal DİN əməkdaşları tərəfindən saxlanılıb.

DİN-nin məlumatda bildirilib ki, dəmir yolunda oğurluq edən üç nəfər şəxs 500 metr mis kabeli kəsib. Hadisə yerində N. Qoça saxlanılıb. Operativ-istintaq tədbirləri nəticəsində oğurluqda iştirak etmiş digər iki şəxs də saxlanılıb. Oğurluq edən şəxslər günahlarını etiraf ediblər. Onların etirafına əsasən, dəmir yolunda həyata keçirdikləri oğurluq ilk dəfə deyil. Onlar əvvəllər də Marabda-Kartsaxi dəmir yolundan 200 metr mis kabel oğurlayıblar.

Açar sözlər:

Oxunub: 977