Mirşahin Ağayevin qardaşına hökm oxundu - Həbs müddəti...


23:32     25 Yanvar 2018 mirsahinnn.jpg


Bakı Ağır Cinayətlər Məhkəməsində ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin qardaşı, dələduzluqda təqsirləndirilən Mirəddin Ağayevə hökm oxunub.

Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun icraatında olan prosesdə M.Ağayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, M.Ağayev vətəndaş Qəzənfər Qəzənfərovdan 2 min manat alıb qaytarmadığı üçün həbs edilib. İstintaq zamanı müəyyən edilib ki, o, 4 nəfərdən 86 min manat alaraq dələduzluq edib.

Femida.az

Açar sözlər: #Mirşahin   #həbs   #hökm   #cəza   #məhkəmə  

Oxunub: 2272