AŞPA-nın Alt Komitəsinin yeni tərkibi açıqlandı

AŞPA-nın Alt Komitəsinin yeni tərkibi açıqlandı


01:51     26 Yanvar 2018 big_1412584926_aspa.jpg


Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Münaqişələr üzrə Alt Komitəsinin yeni tərkibi təsdiqlənib.


Femida.az-ın məlumatına görə, AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçi Sezar Florin Preda Alt Komitənin sədri təyin edilib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən Alt Komitənin üzvü seçilib. Alt Komitənin sədri və üzvləri bir il müddətinə seçiliblər.

Xatırladaq ki, bundan qabaq Münaqaşılər üzrə Alt Komitənin sədri missiyasını AŞP-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə digər həmməruzəçisi Ştefan Şennak həyata keçirib.

Femida.az

Açar sözlər: AŞPA   siyasət  

Oxunub: 430