Ərəbistanda 12 dəvə gözəllik müsabiqəsindən kənarlaşdırılıb - Botokslu olduqlarına görə


02:30     26 Yanvar 2018 18_01_25_1516905263.jpg


Səbəb isə onların sahiblərinin onları botoksla gözəlləşdirmək hiyləsi olub.

Minlərlə dəvənin iştirak etdiyi Kral Əbdüləziz Dəvə Festivalında heyvanlar dodaqları və hürgüclərinə görə yarışırlar.

Müsabiqə iştirakçıları dəvələrin qaçışı və dəvə südünün dadına görə də təyin olunur. Hakimlər həmçinin gözəl görünən hürgüclərə, əzələ quruluşuna və dərili ağızlara diqqət edir.

Yarışın ümumi mükafat fondu 57 milyon dollardır.

Media yazır ki, dəvələrin burunları, dodaqları və hətta çənələri botoks edilib.

The National saytı yazır ki, Əmirliyin ən yaxşı seleksiyaçılarından birinin oğlu Əli Əl Mazrouei-ə istinadən yazıb ki, dəvələrin burunları, dodaqları və hətta çənələri botoks edilib.

"Bu, adi dəvə başından daha şişkin görünüş yaradır: "ah, görün, onun başı nə qədər böyükdür. Böyük dodaqları, böyük burnu var", o əlavə edib.

Festivaldan öncə Səudiyyə mediası, bir veterinarın dəvələrə plastik əməliyyat etmək, Botoks iynələri vurmaq və onların qulaqlarının həcmini azaltması iddiası ilə saxlandığını da yazıb.

Səudiyyə hakimiyyət orqanları bu festivala çox ciddi önəm verir. Baş hakim Fawzan al-Madi bildirib ki, dəvə "Səudiyyə Ərəbistanı simvolu"dur. Dəvə gözəllik müsabiqəsi 2000-ci ildən bəri keçirilir.

Femida.az

Açar sözlər: #Dəvə   #Səudiyyə   #Müsabiqə    

Oxunub: 1200