Azan səsini eşidən hakim futbol matçını dayandırdı


15:32     26 Yanvar 2018 18_01_26_1516951913.jpg


Avropanın ən prestijli hakimlərindən olan ingilis əsilli Mark Klattenburq Səudiyyə Ərəbistanında maraqlı bir jestə imza atıb.

Femida.az xəbər verir ki, hakim Mark oyun vaxtı azan oxunanda yarışı dayandırıb.

Hadisə "Al Feiha" və "Al Fateh" komandalarının oyunu zamanı baş verib. Səudiyyə Ərəbistanı Kral Kuboku oyununu idarə edən Klattenburq azan oxunan kimi yarışı dayandırıb.

Azan başa çatdıqdan sonra oyun yenidən başlayıb. Hakimin bu hərəkəti Səudiyyə Ərəbistanında böyük rəğbətlə qarşılanıb./ölkə.az

Femida.az

Açar sözlər: #Avropa   #hakim   #futbol   #matç   #islam   #xristian    

Oxunub: 1623