Lal və kor şəxslər məhkəmədə necə dindirilməlidir? - QAYDALAR


20:33     26 Yanvar 2018 18_01_26_1516970025.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


Bu dəfə təqdim etdiyimiz mövzu Lal, kar və ya kor olan şahidin dindirilməsi qaydası ilə bağlıdır.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində qeyd olunur ki, lal, kar və ya kor olan şahidin dindirilməsi onun işarələrini başa düşən və ya onunla işarələr vasitəsilə danışan şəxsin iştirakı ilə aparılır. Həmin şəxsin dindirilmədə iştirakı dindirmə protokolunda əks etdirilir.

Şahidin ruhi və ya digər ağır xəstəlikdən əzab çəkdiyi halda onun dindirilməsi həkimin icazəsi və iştirakı ilə aparılır.

Lal, kar, kor və ya digər ağır xəstəlikdən əzab çəkən şahidin dindirilməsində onun qanuni nümayəndəsi və nümayəndəsi iştirak edə bilər.


Mircəlal Məcidli
Femida.az


Açar sözlər: #Məhkəmə   #Hakim   #Şahid   #Hüquq   #Vəkil   #Hüquqşünas   #Dindirilmə  

Oxunub: 2343