Bakı restoranlarında sulu qəlyan qadağan olundu
21:14 26 Yanvar 2018
Bakıda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun qüvvəyə minməsinə baxmayaraq, bəzi kafe və restoranlarda sulu qəlyanın istifadə edilməsi davam edir.
Femida.az xəbər verir ki, bu barədə Oxu.Az-a paytaxt sakinləri məlumat verib.
Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, tütün məmulatlarından - siqaret, sulu qəlyan və elektron siqaretdən istifadə edilməsi yalnız bunun üçün ayrılmış xüsusi yerlərdə mümkündür.
Onun sözlərinə görə, ola bilər ki, bəzi vətəndaşlar “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu səhv anlayaraq hesab edirlər ki, qadağa sulu qəlyana aid deyil:
“Lakin bir dəfə də xatırlatmaq istərdim ki, qanuna əsasən, tütün məmulatlarından - siqaret, sulu qəlyan və elektron siqaretdən bu yerlərdə istifadə qadağandır”.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinə əsasən, qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə otuz manat məbləğində cərimə tətbiq edilir.
Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə isə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Siqaret çəkməyə görə cərimənin tətbiq edilməsi səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə (FHN) və Daxili İşlər Nazirliyinə (DİN) verilib.
Femida.az
Oxunub: 1520
Oxşar xəbərlər
- Siqaret və qəlyan çəkənlərə BƏD XƏBƏR
- Tərtərdə müştərilərə qəlyan təklif edən kafe aşkarlanıb
- Tərtərdə müştərilərə qəlyan təklif edən çay evinin inzibatçısına cinayət işi başlanılıb
- Ağdaşda müştərilərə qəlyan təklif edən çay evinin icarədarı cərimələnib
- Bakıda qəlyana görə çay evinin sahibi cərimələnib
- Müştərilərə qəlyan təklif edən çayxana sahibləri cərimələndi
- Bakıda çay evi adı altında fəaliyyət göstərən qəlyanxana aşkarlanıb
- Qəlyan tütünləri aksiz vergisinə cəlb ediləcək
- Müştərilərə qəlyan təklif edən çay evi aşkarlandı
- İctimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə qadağandır