" Sualların 60 faizi asan olacaq " – Anar Bağırovdan namizədlərə şad xəbər


21:33     26 Yanvar 2018 anar%2028.jpg

Xəbər verdiyimiz kimi Dövlət İmtahan Mərkəzi yanvarın 28-də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Məlumata görə, imtahan saat 11:00-da başlayır və Bakı şəhərində 4 binada təşkil olunacaq.



Vəkillər Kollegiyasının sədri Anar Bağırov imtahan qabağı Femida.az-ın suallarını cavablandırıb.

Anar müəllim, imtahan suallarının tərtibində əvvəlki illərdən fərqli cəhətləri varmı?

- Ən əsası bu il düşəcək suallar əvvəlki illərlə müqayisədə daha asan olacaq. Sualların 60 faizə qədər olan hissəsini asan suallar təşkil edir. Bu imtahanda çətinlik təşkil edən suallar azdır. Məqsədimiz cənab Prezident İlham Əliyevin məlum sərəncamını daha yüksək səviyyədə icra etmək və ölkədə vəkillərin sayını artırmaqdır.

- İmtahana üzrlü səbəblərdən gələ bilməyən şəxslərin əlavə şansı olacaqmı?

- Əlbəttə olacaq. Onların sənədləri bizdə qalır. Növbəti imtahanda ərizə yazıb iştirak edə bilərlər.

- Növbəti imtahan nə vaxt olacaq?

- Biz növbəti imtahanı elə bu il ərazində keçirməyi planlaşdırırıq.Ola bilsin ki, bir ildə 3 dəfə imtahan keçirəcək. Məqsədimiz isə daha çox namizədin uğur qazanmasını təmin etməkdir.Buna görə də, bu imtahanda iştirak edə bilməyən şəxslər növbəti imtahana qatıla bilər.

- Sualları kimlər tərtib edib?

- Sualların tərtib edilməsində şəxsən özüm də iştirak etmişəm. Bundan əlavə peşəkar vəkillərin də əməyindən istifadə olunub.

- İmtahanlar harada keçiriləcək?

- Bu il imtahanlar Bakı şəhərində 4 binada təşkil olunacaq.Növbəti imtahan vahid zalda keçiriləcək.

- Sənəd qəbulunun gələcəkdə elektron qaydada aparılması nəzərdə tutulurmu?

- Bəli, bunun üzərində iş aparılır.

- Vəkillər Kollegiyasının sədri kimi imtahanda iştirak edəcək şəxslərə sözünüz nədir?

- İlk növbədə namizədlərə uğurlar arzu edirəm. Hamıdan çox onların uğur qazanmasını demək olar ki, mən istəyirəm. Bundan sonra da vəkil olmaq istəyən şəxslərə dəstək olacaq.


Mircəlal Məcidli
Femida.az



Açar sözlər: #Vəkil   #İmtahan   #Anar   #Bağırov   #Suallar    

Oxunub: 19630