Yasamalda yeniyetmə qız qaçırıldı


23:11     26 Yanvar 2018 publika.az1428594080qiz%20qacirmaq.jpg

Paytaxtın Yasamal rayonunda kimliyi bəlli olmayan (adı Emin olduğu iddia olunan) şəxs yetkinlik yaşına çatmayan qızı qaçırıb.


Femida.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Yasamal rayon Polis İdarəsi məlumat yayıb.

15 yaşlı Əfşan Zeynalova yanvarın 23-də, saat 16:00 radələrində qaçırılıb. Şagirdin anası ərizə ilə 29-cu Polis Bölməsinə şikayət edib. Zərərçəkənin anası ərizədə qızını qaçıran şəxsin adının Emin olmasından başqa onun barədə heç nə bilmədiyini göstərib. Qadının sözlərinə görə, qızı evlənmək məqsədilə qaçırılıb.

Hal-hazırda Yasamal rayon Polis İdarəsinin əməkdaşları törətdiyi əməllə qanunvericiliyin tələblərini pozan gənci axtarır. Gəncin törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə tövsif olunur.

Femida.az

Açar sözlər: #Qızqaçırma   #Yasamal   #Yeniyetmə  

Oxunub: 1090