İnternetdə tanış olduğu qadının evinə basqın etdi - Cinayətin TƏFƏRRÜATI
15:35 27 Yanvar 2018
Bakıda maskalı şəxslər evə basqın edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, yanvarın 25-də axşam saatlarında DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisindəki mənzillərdən birinin eyvanında bir nəfərin qışqıraraq kömək istəməsi barədə məlumat daxil olub.
Dərhal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilib, mənzilin qapısı açılıb.
Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini M.Məmmədov olması, internet vasitəsi ilə tanış olduğu Maya adlı qadınla saat 21 radələrində birlikdə həmin evə gəldikləri, bundan təxminən 30 dəqiqə sonra mənzilə daxil olan 3 maskalı şəxsin onun əllərini və ayaqlarını yapışqanlı lentlə stula bağlayaraq döyməsi, cibindəki 150 manatı və mobil telefonunu da götürərək, Maya ilə birlikdə mənzilin qapısını arxadan bağlayaraq getmələri məlum olub.
Bundan sonra M.Məmmədov yapışqanlı lent sarğılarını açaraq eyvana çıxıb və ətrafdakıları köməyə çağırıb.
Polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb və quldurluğu törətməkdə şübhəli bilinən 4 nəfərin şəxsiyyəti qısa zamanda müəyyən edilib.
Görülmüş tədbirlərlə onlardan biri - paytaxt sakini Orxan Hüseynov “isti izlər”lə saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Yasamal Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 1382
Oxşar xəbərlər
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Cinayət törədərək gizlənən 28 nəfər ötən bir ildə ölkəyə ekstradisiya edilib
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- Sumqayıtda zavoda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb
- "Patrul.az” xəbər portalının təsisçisi barəsində cinayət işi başlanılıb
- Azərbaycan Baş Prokurorluğu: "Ermənistanın təxribatları ilə bağlı cinayət işləri başlanılıb"
- "Tərtər işi" ilə bağlı 26 şəxs barəsində cinayət işi üzrə hökmlər ləğv edilib
- Lerikdə baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb
- Bakıda həyətdə qumbara partladılması ilə bağlı cinayət işi başlanılıb
- Şəmkir və Neftçalada vəzifəli şəxslərə cinayət işi açılıb, bir nəfər həbs edilib