Körpə uşağını yerə çırpıb öldürdü - ŞOK


20:38     13 Sentyabr 2015 1127542_ef0813d4d9b3f479b4a4085b9914782e.jpg

Konya şəhərində 33 yaşlı Saniyə Daşqın adlı qadın 2 yaşlı övladını ağladığı üçün yerə çırpıb. Nəticədə, uşaq ölüb.


Seyfəddin Daşqın ilə 3 ildir evli olan Saniyə Daşqın yoxsulluq içində yaşayırmış. Bir qız, bir oğlan anası olan Saniyə Daşqın övladını öldürməkdə günahlandırılır. İddialara görə, Saniyə Daşqın oğlu Uğuru qucağında yatırmaq istərkən qızı Fatmanur ağlamağa başladı. Bu zaman oğlu Uğur da ağlamağa başlayır. Həm oğlunun, həm də qızının eyni anda ağlamasından hirslənən ana qucağındakı uşağını yerə çırpır. Lakin ana Saniyə Daşqın oğlunu xəstəxanaya aparmır. 1 gün sonra oğlu Uğurun yataqda hərəkətsiz qaldığını görən ana nəhayət, onu xəstəxanaya aparır. Bu zaman Uğurun öldüyü aşkar olunur. Uğurun ölümündən şübhələnən həkimlər polisə məlumat verirlər.

Başında 9 sm-lik çat aşkar olundu....

Aparılan analizlərin ardından Uğurun beyin qanaxmasından öldüyü, baş sümüyündə 9 sm-lik çatın olduğu və beynində çürümələrin olduğu aşkarlandı. Əməliyyata başlayan polislər Saniyə Daşqını şübhəli şəxs qismində saxladılar. qızı Fatmanur isə uşaq evinə yerləşdirildi.

"Ağladı, mən də yerə çırpdım"....

Ana Polis Şöbəsində bu etirafları etdi:

"Keçən həftə Uğuru yuyundurarkən səhvən əlimdən yerə saldım. Xəstəxanaya aparmadım. Oğluma öz üsullarımla müalicə etdim. Sonra Uğuru qucağımda yatırtmaq istəyərkən qızım Fatmanur ağlamağa başladı. Bu zaman oğlum da ağlamağa başladı. Mən də bundan əsəbləşərək oğlumu yerə çırpdım. Növbəti gün isə hərəkət etmədiyini görüb xəstəxanaya gətirdim. Çox peşmanam".

Sərbəs buraxıldı...

Aparılan araşdırmaların ardından qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açıldı. Məhkəmə prosesi zamanı ağlayan ana çıxarılan qərarla sərbəst buraxıldı.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1914