Rusiyada polis ürəyi dayanmış azərbaycanlını xilas etdi
00:34 28 Yanvar 2018
Rusiyanın Stavropol diyarında küçədə ürəyi dayanan Azərbaycan vətəndaşı ölümdən xilas edilib.
Femida.az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.
Ötən gün Stavropolda xidməti vəzifəsini yerinə yetirən kinoloq mütəxəssis İvan Busaryev nəzarət buraxılış məntəqəsi yaxınlığındakı mağazadan kiminsə kömək istədiyini eşidib. Hadisə yerinə gedən polis serjantı huşunu itirmiş kişi aşkar edib. Həmin şəxsin nəfəsi gəlmirmiş və nəbzi dayanıbmış. Polis dərhal radio stansiyası vasitəsi ilə həmkarlarına xəbər verib. Onlar hadisə yerinə "təcili yardım" çağırıblar, asayiş keşikçisi özü isə kişi üzərində təcili reanimasiya tədbirləri görüb. Nəticədə 42 yaşlı Azərbaycan vətəndaşının ürək fəaliyyəti və nəfəsi bərpa olunub, kişi özünə gəlib.
Zərərçəkmiş hadisə yerinə gələn tibb işçiləri tərəfindən stasionar müayinə üçün xəstəxanaya aparılıb. Hazırda Azərbaycan vətəndaşı evə buraxılıb.
Femida.az
Oxunub: 1174
Oxşar xəbərlər
- Polisin sinəsinə yerlədirilmiş kameraya düşən əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO
- Bakıda polisin oteldə tutduğu qadın görün kimdir - DETALLAR
- Polis ”Kubinka”da əməliyyat keçirib, 8 saxlanılıb
- Yol polisi sürücülərə çağırış edib
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DYP: "Bayram günləri polis gücləndirilmiş iş rejimində xidmət aparır"
- DİN-də polis mayoruna yüksək vəzifə verilib
- DİN Ağsu sakininin polis zorakılığına məruz qalması barədə iddialara münasibət bildirib
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Bakıda polis əməliyyat keçirib, 1 kq-dan çox heroin aşkar edilib