Türkiyəyə mərmi düşdü - Bir uşaq yaralandı


01:01     28 Yanvar 2018 2018/01/36464776_1517072303.jpg

PYD/YPG terrorçularının Türkiyənin Hatay vilayətinə törətdiyi hücum nəticəsində bir uşaq yaralanıb.


Afrindən Hatayın Reyhanlı rayonuna buraxılan raket 3 mərtəbəli binaya düşüb. Xoşbəxtlikdən bina boş olub.

Yaralanan uşaq xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Femida.az

Açar sözlər: #Afrin   #Hatay   #Reyhanlı  

Oxunub: 689