Süni qidaların istifadəsinə ciddi nəzarət ediləcək - HƏKİMLƏRƏ XƏBƏRDARLIQ


01:05     28 Yanvar 2018 2018/01/usaq-yemek_1517072598.jpg

Azərbaycanda ana südü ilə qidalalanların sayını artırmaq üçün tədbirlər görüləcək.


Femida.az-ın məlumatına görə, bunun üçün səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən əmr imzalanıb.

"Azərbaycan Respublikasında uşaq ölümünün azaldılmasına yönəldilmiş əlavə tədbirlər" haqqında əmrə əsasən, doğum evlərində süni qida qatışıqlarının istifadəsinə ciddi nəzarət ediləcək.
Buna nəzarəti Səhiyyə Nazirliyinin baş neonatoloqu və doğuşayardım tibb müəssisələrinin rəhbərləri həyata keçirəcək. Nəzərətin gücləndirilməsi üçün yeni təkliflər də hazırlanıb.

Qeyd edək ki, suni uşaq qida qatışıqlarını lüzumsuz yerə tövsiyə edən həkimlərə əvvəl xəbərdarlıq ediəlcək, sonra isə töhmət veriləcək və bu hal təkrarlanarsa həmin həkim işdən çıxarılacaq.

Femida.az

Açar sözlər: #Uşaq   #Yemək   #Süd  

Oxunub: 663