Dərman vasitələrinə reseptlərin yazılması qaydası təsdiqləndi


17:39     28 Yanvar 2018 hekim%20resept.jpg

Azərbaycanda dərman vasitələrinə reseptlərin yazılması qaydası təsdiqlənib.


Femida.az APA-ya istinadən xəbər verir ki, bu, Səhiyyə Nazirliyinin Kollegiyasının təsdiq etdiyi və yanvarın 23-dən qüvvəyə minən "Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları"nda əksini tapıb.

Qaydalara əsasən reseptlər təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün tibb müəssisələrində çalışan, həmçinin özəl tibbi praktika ilə məşğul olan resept yazmaq hüququna malik tibb işçiləri (həkim və tibb məntəqələrinin feldşerləri) tərəfindən tibbi göstərişlər əsasında yazılır. Dərman vasitələrinə reseptlər "Resept blankı forması" və "Ödənişsiz resept blankı forması"nda, optik ləvazimatlara isə "Optik ləvazimatlara resept blankı forması"nda yazılır. Resept dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adı, buraxılış forması, dozası və istifadə qaydaları qeyd olunmaqla yazılır. Təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adının olmadığı hallarda (3 və daha artıq tərkibli, bioloji oxşar dərman vasitələri qrupuna aid olduqda) resept blankında onun ticarət adı yazılır. Resept blanklarında hər hansı düzəlişə yol verilmir.

Açar sözlər: #Aptek   #dərman   #səhiyyə  

Oxunub: 2071