İtmiş pişik qatarla uzun yol qət edərək sahibinə qovuşub


01:47     29 Yanvar 2018 18_01_28_1517161780.jpg

Fransada itmiş pişik balası qatarla uzun yol qət edərək sahibinin yanına qayıdıb.


Femida.az -ın məlumatına görə, Sart qəsəbəsində dəmiryolu vağzalında pişik sərnişinlərin və işçilərin diqqətini cəlb edib.

Pişiyi qatardan uzaqlaşdırmağa çalışsalar da, heyvan qatara daxil olub. Yol boyunca qatar nəzarətçisi pişik balasının qayğısına qalıb və şəkillərini “Twitter” sosial şəbəkəsində yerləşdirib.

Bildirilir ki, sosial şəbəkənin istifadəçilərinin paylaşımları vasitəsilə pişik Man qəsəbəsində yaşayan sahibinə qovuşub.

Femida.az

Açar sözlər: #Pişik   #Maraqlı  

Oxunub: 1001