Başqasının “WhatsApp” yazışmasını oxumağın yolu tapıldı
04:36 29 Yanvar 2018
Kriptoqrafiya üzrə alman mütəxəssisləri “WhatsApp” tətbiqinin şəxsi çat qruplarına daxil olmağın yolunu müəyyən edib.
Femida.az xəbər verir ki, bu barədə “The Wired” məlumat yayıb.
Araşdırmalar göstərir ki, tətbiqin serverlərinə girişi olan istənilən istifadəçi administratorun icazəsi olmadan şəxsi çat qruplarına yeni istifadəçilər əlavə edə bilər.
Yeni istifadəçinin əlavə olunmasından sonra həmin istifadəçi bütün gələcək yazışmalarla tanış olmaq imkanı qazanır.
Qeyd edək ki, “WhatsApp”da “end-to-end” prinsipli şifrələnmə sistemindən istifadə olunur. İstifadəçilər, o cümlədən şəxsi çat istifadəçiləri arasında gedən bütün yazışmalar, serverlərdə deyil, istifadəçilərin qurğularında saxlanılır. “The Wired” qeyd edir ki, serverlərə yalnız şirkət əməkdaşları, hökumət adamları və ən öncül hakerlər daxil ola bilər.
“Facebook”un (“WhatsApp”a da sahibdir - red.) təhlükəsizlik xidmətinin rəhbəri “Twitter” hesabında bildirib ki, çat qrupunun iştirakçıları yeni iştirakçılar əlavə edildikdə bu barədə bütün iştirakçılar bildirişlə məlumatlandırılır və onlar bu halda həmin şəxslə söhbəti davam etdirib-etdirməməyə özləri qərar verir.
Femida.az
Oxunub: 8398
Oxşar xəbərlər
- Korona peyvəndi olan şəxsdən virus başqasına keçə bilərmi?- MARAQLI MƏQAM
- Bu ölkədə mini geyinən qadınlar cərimə olunacaq
- Stalinin bakılı arvadının faciəvi ölümü — GİZLİ TARİX
- Yaquar timsahı iki saniyəyə öldürdü (VİDEO)
- Bakıda insanlıq dərsi: İti ölümdən xilas eti (VİDEO)
- Mənzildən 8 il əvvəl ölmüş qadınla itin skeleti tapıldı (VİDEO)
- Bir şamla qızan hamamın sirri nədədir? - MARAQLI VİDEO
- Alimlər ölünün parçalanmasını lentə aldı: 17 ay hərəkət edirmiş — 18+ VİDEO
- Efirdə gözlənilməz an: Qonaq qeyri-etik ifadələr səsləndirdi,aparıcı utandı (VİDEO)
- Kəsdikləri ağacın içərisindən donmuş it çıxdı (Dəhşətli video)