Evə gedərkən yolda bıçaqlandı - Bakıda


13:19     29 Yanvar 2018 bicaqlanmma.jpg

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.


Femida.az report.az-a istinadən bildirir ki, NZS qəsəbəsindəki Aşıq Qurban küçəsi ilə evə gedən 1997-ci il təvəllüdlü Əliyev Sənan Zəfər oğlu yolda tanımadığı şəxsin bıçaqla hücumuna məruz qalıb.

Nəticədə o hər iki ayağından bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Femida.az

Açar sözlər: #Bıçaqlanma   #Bakı   #Polis  

Oxunub: 863