Qüdsdə qarşıdurma (VİDEO)


03:40     14 Sentyabr 2015 mescid-i-aksa-israil-filistin-670.jpg

Yaralalıların olduğu bildirilir


Qüdsdə Əl-Əqsa məscidində toqquşma baş verib. Femida.az xəbər verir ki, bu gün Qüdsdə Əl-Əqsa məscidində fələstinlilərlə İsrail polisləri arasında toqquşmalar olub. İştirakçılar məscidin ətrafında barikadalar yaradaraq polislərə daşlar və hava fişəngləri atıblar. Qarşıdurma zamanı ölən olmasa da, xəsarət alanların olduğu deyilir.

İsrail höküməti hadisə yerinə xüsusi polis bölməsinin əməkdaşlarını cəlb ediblər. Məbədə giriş müvəqqəti bağlanıb.

Bir müddət sonra isə İsrailin İctimai Təhlükəsizlik naziri bildirib ki, Əl-Əqsa məscidi yenidən ziyarətçilərini qəbul etməyə hazırdır.

Qarşıdurma yəhudilərin yeni il bayramının başlamasına bir neçə saat qalmış bir vaxtda olub. Xarici KİV-lərin verdiyi məlumata əsasən, toqquşma zamanı bir neçə insan həbs olunub.

Bir neçə gün bundan əvvəl İsrailin Müdafiə naziri Moşe Yaalon məscidə qarşı çıxan müsəlman qruplaşmasının İsrail məscidlərinə girməsi qadağası haqqında fərman imzalayıb. Bu da yahudilərin narazılığına səbəb olub.

"Əl-Əqsa" məscidi müsəlmanlar üçün necə müqəddəsdirsə, eləcə də, yəhudilər üçün hesab edilməlidir", - deyə etirazçılar bildiriblər.

Açar sözlər:

Oxunub: 1129