İctimai Şuraya seçkilər keçirilib
20:35 29 Yanvar 2018
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib.
Komitədən Femida.az-a verilən xəbərə görə, seçki prosesinin sonunda seçki qutusu açılıb və səslər Seçki Komissiyasının üzvlərinin iştirakı ilə müşahidəçilərin nəzarəti altında hesablanıb. Səsvermənin nəticələrinə əsasən aşağıda adları qeyd edilmiş QHT təmsilçiləri Komitə yanında İctimai Şuranın üzvü seçiliblər:
Siyahını təqdim edirik:
1.Nəriman Qasım oğlu Qasımzadə – Din və Demokratiya Mərkəzi İctimai Birliyinin sədri;
2.Əliməmməd Mali oğlu Nuriyev – Konstitusiya Araşdırmalar Fondunun rəhbəri;
3.Solmaz Baba qızı Əmirova – “Aydınlığa Doğru” İctimai Birliyinin sədri;
4.Sevinc Yadulla qızı Əzimbəyli – Yeni Üfüq İctimai Birliyinin sədri;
5.Rəna Rza qızı Mirzəzadə – Gender və İnsan Hüquqi Araşdırmalar Birliyinin sədri;
6.Asim Nazim oğlu Vəliyev – Gənclərin Töhfəsi İctimai Birliyinin sədri;
7.Fəxrəddin Nazim oğlu Həsənzadə – Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyinin sədri.
Qeyd edək ki, İctimai Şura Dövlət Komitəsinin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, Komitə ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, onun fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsi istiqamətlərində fəaliyyət göstərəcək.
Femida.az
Oxunub: 604
Oxşar xəbərlər
- İran Məsləhət Şurasının yeni tərkibi təsdiqlənib, Həsən Ruhani siyahıya daxil edilməyib
- Suraxanıda məişət zorakılığının qarşısının alınması məqsədilə silsilə maarifləndirici tədbirlər keçirilir
- DİN Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib
- TƏCİLİ XƏBƏR! Tarif Şurasından benzin və dizelin qiyməti ilə bağlı QƏRAR
- Aİ Şurası Rusiyaya qarşı yeddinci sanksiyalar paketini təsdiqləyib
- İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Azərbaycana gəlir
- Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib
- Gənclər Fondu Müşahidə Şurasının tərkibi dəyişdirilib - SİYAHI
- Suraxanıda 42 yaşlı qadını avtomobil vurub
- Putin Təhlükəsizlik Şurasının iclasını keçirib