Diaspor rəhbəri Ermənistana sərmayə yatırmamağa çağırdı
21:09 29 Yanvar 2018
Avropa erməniləri assosiasiyaları forumunun sədri Aşot Qriqoryan investorları ayıq-sayıq olmağa və Ermənistana sərmayə yatırmamağa çağırıb.
Femida.az xəbər verir ki, A.Qriqoryan nə qədər ki ölkə rəhbərliyində Serj Sarkisyan və Karen Karapetyan var, hətta Ermənistana getməməyi məsləhət görüb.
Ermənistanda uğursuz investisiya təcrübəsindən danışan forum sədri bildirib: "Baş nazir Karen Karapetyan və ölkə başçısı Serj Sarkisyan daim yalan danışırlar. Onların biabırçı hərəkətlərinə görə hətta Ermənistanda investisiya yatırmağa maraq göstərən insanlar onlardan qaçır. Bizim holdinq kifayət qədər pul xərclədi, biz iki dəfə Ermənistana getdik, biznes-planlar hazırladıq, tenderdə iştirak etdik, 10 minlərlə avro sərf etdik, 2017-ci ilin yanvarında bütün materialları tenderə təqdim etdik, lakin hələ də cavab almamışıq. Biz artıq onlara inanmırıq və diasporda da belə fikir formalaşıb ki, nə qədər ki Sarkisyan və Karapetyan var, Ermənistana getmək lazım deyil".
A.Qriqoryan Ermənistanda investor Toros Sakeryanın da uğursuzluğundan danışıb: "Ermənistana sərmayə qoymaq istəyən heç bir normal erməni diasporu yoxdur. Əgər siz bir-ikisini tapsanız, deməli, onlar ölkəni talamağa gəliblər".
Femida.az
Oxunub: 649
Oxşar xəbərlər
- Krım körpüsünü partladan yük maşını Ermənistana necə daxil olub?
- Belarus səfiri Ermənistan XİN-ə çağırılıb
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- Hikmət Hacıyev Baydenin köməkçisi və Ermənistan TŞ-ın katibi ilə görüşüb
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- Zakir Həsənov Ermənistan tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının alınması üçün tapşırıqlar verib
- Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb
- Azərbaycan MN: "Ermənistan MN-in yaydığı məlumat tamamilə yalandır"
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Azərbaycan MN: "Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və texnikası böyük itkilər verərək geri çəkilib"