Tehranda hicabını açmış qadın azadlığa çıxdı - FOTO


22:04     29 Yanvar 2018 18_01_29_1517234777.jpg

İranda ötən ilin dekabrında keçirilmiş etiraz aksiyalarının "sima"sı olmuş qadın azad olunub.


Femida.azBBC-yə istinadən bildirir ki, vəkil Nəsrin Setudehin dediyinə görə, Tehranın mərkəzindəki Enqelab meydanında poçt qutusuna çıxararaq ağ rəngli hicabını açan və onun taxta parçasına bağlayıb yelləyən qadın tutulmuşdu.

31 yaşlı o qadın indi azadlıqdadır.

"Həmin qadının prosesini imzalamaq üçün məhkəməyə gedəndə öyrəndim ki, o, azadlığa buraxılıb. Ümid edirəm ki, hüquqlarından yararlandığı üçün ona qarşı məhkəmədə iş açılmayacaq. Məhkəmədə təqib olunmaq üçün o, heç bir qanunu pozmayıb", - Nəsrin Setudeh deyib.

Xatırladaq ki, İranı başına almış etiraz aksiyaları əsnasında Tehrandakı yürüşlərdən birində 31 yaşlı qadın başındakı hicabını açaraq yelləmiş, "Rədd olsun istibdad!" qışqırmışdı.

Həmin qız yoxa çıxmışdı. Tehrandakı hüquq müdafiəçilərinin dediklərinə görə, həmin qadını aksiya günündən sonra görən olmamışdı.

Femida.az

Açar sözlər: #İran   #Qadın   #Həbs   #FOTOSESSİYA   #IRAN  

Oxunub: 780