Acından ölməmək üçün bilərəkdən cinayət işlədi - Həbsxanaya düşdü


00:14     30 Yanvar 2018 18_01_29_1517242613.jpg


Rusiyanın Maqnitaqorsk şəhərində yaşayan 20 yaşlı Sergey Antipinin həyatı heç də asan keçməyib.


Femida.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, o, aclıqdan ölməmək və küçədə soyuqdan donmamaq üçün həbsxanaya düşmək qərarına gəlib və bunun üçün oğurluq edib.

Sergey uşaq evində böyüyüb. 17 yaşına çatdıqdan sonra uşaq evindən taleyin ümidinə buraxılan gənc peşə məktəbində təhsil alıb və bu müddətdə peşə məktəbinin yataqxanasında yaşayıb. Daha sonra 2 ildən artıq müddətdə tənha gənc iş tapmaq üçün qapıları döyüb, rayon prokurorluğuna, hətta prezident administrasiyasına belə müraciət edib. Maqnitaqorskun ilik donduran soyuqlarında binaların çardağında, kimlərinsə verdiyi yemək hesabına həyatda qalıb. Lakin gözləməkdən , bütün qapılardan “yox” cavabı almaqdan yorulan gənc mağaza yarmağa qərar verib. Oğurladığı pullarla da polis idarəsinə gələrək təslim olub. Bu əməlinə görə, o 5 il müddətinə azadlıqdan məhrum edilib.

İndi həbsxanadan yenə müvafiq orqanalara müraciət edib iş axtaran gənc gələcəyini təminat altına ala bilməsə, bütün ömrünü kiçik cinayətlərlə həbsxanada keçurməyi planlayır.

“Mərdi qova-qova namərd edirlər” deyimi bu adama aiddir yəqin.

Femida.az

Açar sözlər: #Rusiya   #uşaq  

Oxunub: 1234