DİQQƏT! - Duzun bu təhlükələri var


02:40     30 Yanvar 2018 18_01_29_1517247813.jpg

Hər gün çox miqdarda duzun qidada istifadə edilməsi bağırsağın immun sistemində dəyişikliklərə səbəb ola bilər.

Bir qrup amerikalı mütəxəssis bu qənaətə gəlib.

Qeyd olunur ki, üç həftə müddətində duzdan həddən çox istifadə beyində qan dövranını da azaldır.

Bununla bağlı müşahidə siçanlar üzərində aparılıb. Duzun həcminin azalmasından sonra siçanların orqanizmində normal rejimin bərpa olunduğu müşahidə edilib.

Ümumdünya Səhiyyə Təşkilatı gün ərzində beş qramdan çox olmayaraq duzdan istifadə etməyi məsləhət görür./trend

Femida.az

Açar sözlər: #duz   #qida   #sağlamlıq   #səhiyyə   #təhlükə  

Oxunub: 1122