4 qat çox süd verən və soyuğa davamlı inək cinsi yaradılır


03:20     30 Yanvar 2018 18_01_29_1517248400.jpg

Microsoft şirkətinin qurucusu Bill Geyts genetik tədiqiqatlar və ev heyvanları üçün vaksinlərin hazırlanması ilə məşğul olan GALVmed qeyri-kommersiya təşkilatına 40 milyon dollardan artıq vəsait verib.


Bu barədə Business Insider portalı məlumat yayıb.

Milyarder mütəxəssislərinin layihə üzərində işləyəcəyi Edinburq universitatini ziyarət edib. Məlumata görə, Geytsin vəsaiti özündə Avropa və Asiya inəklərinin özəlliklərini daşıyacaq yüksək məhsuldarlığı olan və istiyə dözümlü "ideal inəklər"in yaradılmasına xərclənəcək.

"Burada xərclənən hər bir dollara nisbətdə işin effektivliyi çox yüksəkdir. Biz istənilən şəraitdə dörd dəfə artıq süd verən inək yaratmaq istəyirik" — deyə Geyts bildirib.

Əvvəllər sahibkar süni dölləmə yolu ilə bu cür inəkləri yaratmağı təklif edirdi.

Bill Geyts müntəzəm olaraq xeyriyyə və elmi layihələrə pul ayırır. Forbes jurnalının qiymətləndirməsinə görə, Microsoft-un qurucusunun vəsaiti 92 milyard dollar dəyərindədir./sputnik

Femida.az

Açar sözlər: #inək   #dünya   #kənd   #təsərrüfatı  

Oxunub: 1192