Vərəm olduğun gizlədənlər - Məsuliyyətə cəlb olunacaqlar


17:53     30 Yanvar 2018 verem3.jpg

Azərbaycanda vərəm xəstəliyi ilə bağlı qeydiyyatdan yayınmaya görə məsuliyyətin müəyyənləşdirilməsi təklif olunur.


Femida.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva çıxış edib.

O qeyd edib ki, vərəm xəstəliyinə yoluxan bəzi şəxslər rəsmi qeydiyyata düşmürlər, bu da fəsadlar yaradır: “Qohum-tanışdan utanaraq qeydiyyata düşmürlər, sağlamlıqlarına fikir vermirlər. Bununla bağlı məsuliyyət müəyyən etməliyik ki, həkimlər xəstələri rəsmi qeydiyyata saldırmadan müalicə etməsinlər. Xəstələr rəsmi qeydiyyata düşməlidirlər”.

Femida.az

Açar sözlər: #Vərəm   #Azərbaycan  

Oxunub: 1326