Erməni fahişələr Türkiyədə - FOTOLAR + VİDEO


19:32     30 Yanvar 2018 18_01_30_1517312092.jpg

"Ermənistanı tərk edərək Türkiyəyə yaşamağa və ya işləməyə yollanan ermənilərin böyük qismi cinayətkarlar, narkomanlar, yaxud da fahişələrdir. Hətta demək olar ki, həmin insanların 90 faizi belədir".

Bu barədə times.am agentliyi yazıb. Məlumata görə, Ermənistandan Türkiyəyə yollanan ermənilər əsasən İstanbul, Antalya, Trabzon və Samsunda məskunlaşırlar.

Təbii, bu ermənilər arasında normal insanlar var, amma əksəriyyəti kriminal işlərlə məşğul olanlardır.



Türkiyəyə yollanan hər 10 erməni qadından 8-i fahişəliklə pul qazanmaq arzusunda olur. Onlar şəhərlərdəki otellərdə və bu otellərin ətraflarındakı küçələrdə əsasən gecə saatlarında "işləyirlər".

"Həmin erməni qadınlar Türkiyədə erməniləri hədəfə alırlar. Fahişə ermənilərin qurbanları əsasən erməni iş adamları, kiçik və orta bizneslə məşğul olanlardır. O qadınların taleyi də Ermənistanı maraqlandırmır. Fahişəliklə məşğul olan erməni qadınının başına nə isə gəlsə, məhz əməllərinin ucbatından gəlir", - Ermənistan Polisinin yüksək rütbəli zabiti deyib.



Türkiyə Daxili İşlər Nazirliyinin hesabatında deyilir ki, son 3 ildə Ermənistandan Türkiyəyə qanunsuz keçən 5900 erməni deportasiya olunub. Həmin ermənilərin əksəriyyəti əxlaqsızlıqla məşğul olan qadınlardır.

Əxlaqsız erməni qadınlar internet vasitəsilə də "xidmət"lərini təklif edirlər. Belələri əsasən əcnəbi "müştəri" ilə əlaqələr qurmağa çalışırlar.

Yerevandakı 1in.am ötən il araşdırma apararaq müəyyənləşdirmişdi ki, ölkə paytaxtındakı süni gölün ətrafını yığışan və bədənlərini satan erməni qadınlar arasında Türkiyəyə gedənlərin sayı artır.



Gölün ətrafında gecə saatlarında müştəri gözləyən "gecə qadınları" vergi verməyəcəklərini də deyiblər. Onların "tarif"lərinə görə, 1 saatlıq "xidmət" 10 min dram, qonşu otellərdən birindəki otaqda "görüş" haqqı 5 min dramdır. Bir gecəlik "xidmət" isə 50 min drama başa gəlir.

Yerevandakı post-patrul xidmətinin polisləri bu qadınları tutanda hər birindən 40 min dram məbləğində "cərimə", yəni rüşvət alır.



"Burada işləmək artıq çətinləşib. Üstəlik, daha çox pul istəyirlər. İşimdən əl çəkən deyiləm. Mən onların yox, öz bədənimi satıram. Türkiyəyə gedəcəyəm, orada daha çox pul qazanmaq olar", - erməni fahişələrdən biri deyib.

O, daha sonra bildirib ki, bahalaşma olsa da, onların "tarif"ləri artmayıb.

"Dövlətdən fərqli olaraq, biz xalqı düşünürük", - erməni fahişə gülərək deyib./milli.az



Femida.az

Açar sözlər: #erməni   #fahişə   #Türkiyə   #qadın   #İstanbul   #Ermənistan  

Oxunub: 4607