Alpinistlərin axtarışlarında 37-ci gün - Nəticə...


20:58     30 Yanvar 2018 18_01_30_1517317170.jpg


Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam edir.

Femida.az xəbər verir ki, bu barədə Trend-ə "Gilavar" idman klubunun rəhbəri Ziya Qasımlı məlumat verib.

Z.Qasımlının sözlərinə görə, Xınalıq və Tufandağ istiqamətində axtarışlar davam etdirilsə də, hələlik heç bir nəticə yoxdur: "Yanvarın 29-da küləkli hava şəraiti axtarışlara mane olurdu, ona görə də, axtarışlar zəif aparılırdı. Amma bu gün yenidən axtarış işləri normal davam etdirilir. Axtarışlara könüllülər də qoşulub".

Klub rəhbəri bildirib ki, hazırda axtarışlar Quba rayonunun Xınalıq qəsəbəsində, Mahmuddərə adlanan ərazidə aparılır: "Alpinistlərin getdikləri ehtimal olunan bütün dağ-dərə, yamaclar, qar girvələri yaranan dərələr axtarılır".

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Femida.az

Açar sözlər: #Quba   #dağ   #alpinist   #itkin   #FHN  

Oxunub: 5251