Yarım milyonluq əmlak hərraca çıxarıldı - Borca görə
13:53 31 Yanvar 2018
Vergilər Nazirliyi vergi borcuna görə Bakı şəhərində vergi ödəyicisinə məxsus iki əmlakı hərraca çıxarıb.
Femida.az “APA-Economics”ə istinadən məlumat verir ki, vergi ödəyicisi “Sabunçu Sənaye İstehsal” ASC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bakıxanov ŞTQ, Bəşir Bünyadov küçəsi, ev 11 ünvanında yerləşən iki inzibati binaya 183,767 min manat və 337,089 min manat qiymət qoyulub.
Binaların ilkin hərrac qiyməti də 183,767 min manat və 337,089 min manat məbləğində dəyərləndirilib. Hərracda iştirak etmək istəyənlər əmlaklara görə müvafiq olaraq 9188,35 manat və 16854,45 manat beh verməlidir.
Femida.az
Oxunub: 643
Oxşar xəbərlər
- Azərbaycanda dövlətə məxsus 3 helikopter hərraca çıxarılır
- Azərbaycanın daha 4 faydalı qazıntı yatağı hərraca çıxarılır
- Daha 42 dövlət əmlakı hərraca çıxarılacaq
- Azərbaycanda avqustun 17-də hərraca 33 dövlət əmlakı çıxarılacaq
- Azərbaycanda 31 dövlət əmlakı hərraca çıxarılacaq
- 79 dövlət əmlakı hərraca çıxarılacaq
- Növbəti hərracın vaxtı dəyişdirildi
- Mərkəzi Bankın hərracında dollara tələb artıb
- Azərbaycanda faydalı qazıntı yataqları hərrac yolu ilə istismara veriləcək
- Daha 27 dövlət əmlakı hərraca çıxarılacaq