62 yaşlı kişi qatarın altında qalıb öldü - Bakıda

62 yaşlı kişi qatarın altında qalıb öldü - Bakıda


14:39     31 Yanvar 2018 18_01_31_1517380833.jpg


Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.


Binəqədi rayonu ərazisində - Biləcəri dəmir yolu vağzalının yaxınlığında 1956-cı il təvəllüdlü Mövlanov Dövlət Allahverdi oğlu yük qatarının altında qalıb. Femida.az xəbər verir ki, ağır vəziyyətdə xəstəxanaya çatdırılan 62 yaşlı kişi həkimlərin səyinə baxmayaraq vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 262.2-ci maddəsi ( Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə iş başlanılıb. Araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Bakı   #qatar   #ölüm  

Oxunub: 745