Əməkdar artisti tok vurdu - 14 saat komada qaldı


15:29     31 Yanvar 2018 18_01_31_1517383789.jpg


Yusif Mustafayev toyda başına gələn xoşagəlməz hadisədən danışıb. Femida.az xəbər verir ki, əməkdar artist canlı yayımda bu etirafı ilə hər kəsi təəccübləndirib.

Sözügedən açıqlamanı təqdim edirik:

"1981-ci il mayın 1-ində kəndə getdim, yoldaşım kənddə idi. Oradan Salyana toya gəldim. Bu hadisə də orada oldu. Onu bilirəm ki, 14 saat komada qalmışam. Deməli, axşam saat 7-də oldu bu hadisə. Toy təzə başlayırdı. Sabah səhər saat 10-da gözümü açdım ki, atam, əmim durub başımın üstündə. Mən onda elə bir bəlaya gəldim. Amma o "tok" vurmasının bir yaxşı xüsusiyyəti var. O vaxtdan bir dənə də ağrı-acım yoxdur. Dişlərim hamısı özümündür".

Femida.az

Açar sözlər: #Salyan   #YusifMustafayev  

Oxunub: 2376