Suriyadan Türkiyəyə raket atıldı, 17 yaşlı qız öldü (FOTO)


16:31     31 Yanvar 2018 2018/01/page_suriyeden-reyhanliya-iki-roket-atildi-1-kisi-hayatini-kaybetti_508205482_1517387655.jpg

Bu gün Afrindən Türkiyənin Hatay şəhərinin Reyhanlı qəsəbəsinə 2 raket atılıb.


Femida.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, raketlərdən biri evə düşüb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

YPG-li terrorçuların Afrindən atdığı raketin evə düşməsi nəticəsində ölən şəxs 17 yaşlı qızdır.

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşınları və polislər cəlb edilib. Yaralı xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, "Zeytun budağı" əməliyyatının başladığı gündən Kilisə 20 raket atılıb, 2 nəfər ölüb, 21 nəfər yaralanıb.



Femida.az

Açar sözlər: #Suriya   #Afrin   #Reyhanlı  

Oxunub: 948