İki məşhur jurnalisti canlı yayımda əlbəyaxa oldu (VİDEO)


16:39     31 Yanvar 2018 18_01_31_1517388106.jpg

Rusiyanın iki məşhur jurnalisti - Nikolay Svanidze və Maksim Şevçenko qonaq olduqları radio verilişlərindən birinin canlı efirində əlbəyaxa olublar.



Femida.az -ın Gazeta.ru-ya istinadən xəbərinə görə, video "Komsomolskaya Pravda" radiostansiyasının studiyasında baş verib. Hadisə anının görüntüləri radiostansiyanın "YouTube" kanalında dərc olunub.

Jurnalistlər "Stalinizm müalicəsi lazım olan xəstəlikdirmi?" mövzusunu müzakirə edirmişlər. Müzakirələrin sonunda Şevçenko Svanidzeni "sovet əsgərlərinin məzarına tüpürməkdə" ittiham edib. Buna cavab olara Svanidze onu "yaramaz" adlandırıb və deyib ki, "onun ağzının üstündən ilişdirmək lazımdır".

Bundan sonra jurnalistlər arasında əlbəyaxa düşüb. İlk zərbəni Svanidze endirib. Şevçenkonun zərbəsindən sonra isə o yıxılıb. Radio əməkdaşlarının müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.



Femida.az

Açar sözlər: #Rusiya   #Dava   #Efir   #Video  

Oxunub: 1309